Nazir Rəşad Nəbiyev “Sabirabad Rəqəmsal İnkişaf” layihəsinin təqdimatında iştirak edib (FOTO)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaş
qəbulu ilə əlaqədar Sabirabada səfəri çərçivəsində Milli Məclisin
üzvü Kamal Cəfərovla birlikdə “Sabirabad Rəqəmsal İnkişaf”
layihəsinin təqdimat mərasimində iştirak edib.

Təqdimatda qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi
sabirabadlı gənclərdə rəqəmsal bacarıqların formalaşdırılması və
artırılmasına töhfə verməkdir.

Bildirilib ki, proqram çərçivəsində pilot olaraq 10 gənc
seçiləcək və onlara proqramlaşdırma, dizayn və digər sahələrdə
bilik və bacarıqlara yiyələnmək üçün şərait yaradılacaq. Təlimlər
Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının inzibati
binasında keçiriləcək.

Qeyd edək ki, iştirak üçün bu link – https://forms.gle/gFRZCxc3XEBtUdLx5
vasitəsilə qeydiyyatdan keçmək mümkündür.

Teqlər: