Nazir Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Pakistanın “BOL Media Group” şirkətinin sədri ilə görüşüb (FOTO)

Bu gün Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat
naziri Rəşad Nəbiyevlə tanınmış pakistanlı xeyriyyəçi, “BOL Media
Group” şirkətinin sədri Ayeşa Şayx arasında görüş keçirilib.

Görüş zamanı xanım Şayx rəhbərlik etdiyi “BOL Media Group”un
fəaliyyəti barədə geniş məlumat verib. Qeyd olunub ki, “BOL Media
Group” 16 dildə yayım həyata keçirən 680-dən çox kanalın daxil
olduğu şirkətlər qrupudur və 50 milyondan çox izləyicisi var.
Bununla yanaşı, şirkət İKT sektorunda da fəaliyyət göstərir. “BOL
Media Group” hazırda Pakistanın İT ixracının artırılması üçün yeni
treninq mərkəzinin və iş platformasının yaradılması istiqamətində
işlər görür.

Nazir Rəşad Nəbiyev rəqəmsal transformasiyanın Azərbaycan
Hökumətinin gündəliyində vacib yer tutduğunu qeyd edib və hazırda
bu sahədə görülən işlər, eləcə də perspektiv planlar barədə
pakistanlı qonağa ətraflı məlumat verib.

Daha sonra iki ölkə arasında İKT sektorunda əməkdaşlıq
imkanlarına, o cümlədən azərbaycanlı mütəxəssislər üçün Pakistanda
təlim proqramlarının təşkilinə dair fikir mübadiləsi aparılıb.

Teqlər: