Nazir paylaşdı: Dənizdən yüksək nəticə – Foto

Nazir paylaşdı: Dənizdən yüksək nəticə – Foto

Bir müddət öncə ABŞ-da kimya ixtisası üzrə bakalavriat səviyyəsinə qəbul olunan azərbaycanlı Dəniz Səttarlı Qazaxıstandakı Beynəlxalq Mendeleyev Olimpiadasının bürünc medalını əldə edib.

AzerTimes xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Tvitter hesabında yazıb.

“Bir müddət öncə ABŞ-nin Massaçusets Texnologiya İnstitutunun kimya ixtisası üzrə bakalavriat səviyyəsinə qəbul alan məktəblimiz Dəniz Səttarlı Qazaxıstanın Astana şəhərində keçirilən 57-ci Beynəlxalq Mendeleyev Olimpiadasının bürünc medalını əldə edib. Təbriklər və uğurlar!”, – nazir qeyd edib.

Qeyd edək ki, Dəniz Səttarlı daha əvvəl Massaçusets Texnologiya İnstitutuna qəbul olub.

Teqlər: