Nazir müşaviri: Polietilen torbalar ödənişli olarsa…

Nazir müşaviri: Polietilen torbalar ödənişli olarsa…

Düşünürük ki, polietilen torbalar ödənişli olacağı təqdirdə onlardan istifadə azalacaq. Bu, beynəlxalq təcrübədir. Bir sıra ölkələr həmin təcrübədən keçib və müsbət nəticə əldə edib. Bunu tətbiq etməzdən əvvəl uzun illər hazırlıq gedib. Maarifləndirmə tədbirləri aparılıb, ölkəmizin iqtisadiyyatına, mentalitetinə uyğun ölkələrin təcrübəsi öyrənilib, bunun tətbiqinin nəticələri, effektivliyi qiymətləndirilib. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən belə bir təşəbbüs irəli sürülüb və qanunvericilik səviyyəsində rəsmiləşdirilib. Polietilen torbaların ödənişli olmasının vətəndaşların büdcəsinə təsiri son dərəcə minimal olmaqla yanaşı, həm də həmin tullantıların yaranmasında ciddi şəkildə azalmaya gətirib çıxaracaq.

AzerTimes xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə nazirliyin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

Nazirin müşavirinin sözlərinə görə, 2021-ci il iyulun 1-dən polietilen torbaların ödənişli olması nəzərdə tutulsa da, təəssüf ki, müvafiq qurumlar, ticarət, ictimai-iaşə obyektləri tərəfindən Qərarla təsdiq olunmuş normalara riayət olunmur: “Düşünürük ki, buna tezliklə başlayacağıq. Buna başlamaq nazirliyin səlahiyyəti deyil. Biznes qurumlarının sosial məsuliyyəti dərk etməsi önəmlidir”.

Teqlər: