Nazir müavinləri “TEKNOFEST-2023”də… – Foto

Nazir müavinləri “TEKNOFEST-2023”də… – Foto

Azərbaycanın müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov və müdafiə nazirinin müavini Aqil Qurbanov Türkiyədə “TEKNOFEST-2023” çərçivəsində keçirilən yüksək texnologiyalar sərgisində iştirak ediblər.

Bu barədə AzerTimes-a Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.

Bildirilib ki, onlar sərgidə “Roketsan”, “HAVELSAN”, “BAYKAR”, və “ASELSAN” şirkətlərinin rəhbər heyətləri ilə görüşüb, nümayiş etdirilən müasir texnologiya və döyüş texnikası nümunələri ilə tanış olublar. Görüşlər zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Yüksək texnologiyalı məhsulların nümayiş etdirildiyi tədbirdə müdafiə, aerokosmik, dənizçilik və kosmik sənaye sahələrində strateji əhəmiyyətli bir çox məhsullar da təqdim olunub.

Qeyd edək ki, Azərbaycanın müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov və müdafiə nazirinin müavini Aqil Qurbanov Türkiyədə işgüzar səfərdədir. Onları Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və Azərbaycanın Türkiyədəki Səfirliyinin əməkdaşları müşayiət edirlər.

Teqlər: