Nazir müavininin qızını öldürən yeniyetmə həbs edildi

Nazir müavininin qızını öldürən yeniyetmə həbs edildi

Odintsovo şəhər məhkəməsi Moskva yaxınlığındakı Nemçinovkada həmyaşıdını öldürməkdə ittiham olunan 17 yaşlı yeniyetmənin həbsinə qərar verib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, iyunun 3-ü axşam saatlarında Nemçinovkada 17 yaşlı qızın meyiti tərk edilmiş binada tapılıb. İstintaq hesab edir ki, təqsirləndirilən şəxs qətlə yetirilən qadınla mübahisə edib, daha sonra ona çoxsaylı bıçaq xəsarətləri yetirib, sonra isə hadisə yerindən qaçıb.

Qeyd edək ki, bundan əvvəl yerli media qurbanın Moskva vilayətinin tikinti nazirinin müavini Marat Sibatulinin qızı olduğunu yazmışdılar. Qətlin səbəbi qısqanclıq ola bilər.

Teqlər: