Nazir məktəblərin yenidən bağlanmaması üçün şərtləri açıqladı

Xəbər - Elçin Mehdiyev – Trend:

Ənənəvi tədrisin davamlı olması üçün biz vaksin vurdurmalıyıq. AzerTimes-ın məlumatına görə, bunu təhsil nazirliyi Emin Əmrullayev Real TV-yə müsahibəsində deyib.

Nazir qeyd edib ki, hamı ənənəvi tədrisin bərpasını sevinclə qarşıladı:

“Amma biz unutmamalıyıq ki, pandemiya hələ bitməyib. Nə qədər çox vaksin vurdursaq ənənəvi dərslər o qədər davamlı olar”.


Nazir qeyd edib ki, hər kəs bu məsələdə diqqətli və məsuliyyətli olmalıdır. Nazir əlavə edib ki, artıq təhsil işçilərinin 80 faizi peyvənd olunub: “Az sayda vaksin vurdurmayan təhsil işçiləri var və inanıram ki, məktəblərin açılmasına qədər vaksin olunacaqlar”.

Teqlər: