Nazir Hüseynovu rəis müavini təyin etdi

Nazir Hüseynovu rəis müavini təyin etdi

Göygöl Rayon Polis Şöbəsinin rəisinin yeni müavini təyin edilib.

AzerTimes Report-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmiri polis mayoru Yaqub Hüseynov Göygöl Rayon Polis Şöbəsinin Xidmət üzrə rəis müavini təyin olunub.

Qeyd edək ki, Y.Hüseynov bu vəzifədən öncə Göygöl Rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.

Teqlər: