Nazir bu uşaqlara mükafatlar təqdim etdi – Foto

Nazir bu uşaqlara mükafatlar təqdim etdi – Foto

Bu gün “Heydər Əliyev İli”nə həsr olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

AzerTimes xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilən tədbirdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, UNİSEF-in Azərbaycandakı nümayəndəsi Aleks Haykesn, akademiyanın kursantları, sərgi iştirakçıları iştirak edib.

Kəmaləddin Heydərov və Aleks Haykens fəxri qaravulla qarşılanıb.

Rəsmi və bədii hissədən ibarət olan tədbirdə olunub ki, “Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsi Fövqəladə Hallar Nazirliyi Elm Təhsil Nazirliyi ilə birgə fevral-may aylarında məktəblilər arasında keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ümumilikdə ictimaiyyətin diqqətinin məktəblilər arasında fövqəladə hal probleminə cəlb edilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyələnməsi, eləcə də istedadlı gənclərin üzə çıxarılması və onlara dəstəkdir.

Tədbirin sonunda qaliblərə mükafatlar verilib.

Teqlər: