Nazarbayev bu tituldan məhrum edildi

Nazarbayev bu tituldan məhrum edildi

Qazaxıstanın Konstitusiya Məhkəməsi Nursultan Nazarbayevi millət lideri (Elbası – red.) elan edən “Qazaxıstan Respublikasının Birinci Prezidenti haqqında” Qanunun etibarsız sayılması barədə qərar çıxarıb.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, sənəddə qeyd edilir ki, hazırda Konstitusiyanın Qazaxıstan Respublikasının qüvvədə olan qanununda “Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası haqqında” Konstitusiya qanununun qorunub saxlanılması üçün hüquqi əsaslar yoxdur, bununla əlaqədar qanun qüvvədən düşmüş hesab edilir.

Müvafiq qanun hələ 2000-ci ildə qəbul edilib və bir neçə dəfə təkmilləşdirilib.

Nazarbayev Qazaxıstana təxminən 30 il rəhbərlik edib və 2019-cu ilin martında vəzifəsindin gedib. Onun xələfi Qasım-Jomart Tokayevdir.

Teqlər: