Naxçıvanın statusu bu metodla dəyişdirilir

Naxçıvanın statusu bu metodla dəyişdirilir

Artıq rəsmi məlumatdır ki, Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir. Hicran Rüstəmov 2017-ci il yanvarında bu vəzifəyə təyin edilmişdi.

AzerTimes xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli qeyd edib.

İqtisadçı bildirib ki, H.Rüstəmovun vəzifədə 5 il olduğu nəzərə alınsa, belə çıxır o, hər gün üçün 97.5 min manat vəsait mənimsəyirmiş:

“Bu, fantastik rəqəmdir. Maraqlı məsələ də odur ki, Naxçıvan MR-in Şəhərsalma və Arxitektura Komitəsinə 5 ildə heç o qədər büdcə vəsaiti ayrılmayıb. Daha bir düşündürücü məqam isə odur ki, Naxçıvanda Vasif Talıbovun icazəsi olmadan çayxana belə işlətmək mümkün deyil. Amma Gömrük Komitəsi, Maliyyə Nazirliyi və bu komitənin mənimsəmələrinin həcmi 500 mln. manata yaxınlaşıb. Bu qədər vəsaiti Talıbovsuz nəinki mənimsəmək, heç ucadan o rəqəmi Naxçıvanda söyləmək belə mümkünsüzdür”.

İqtisadçının fikrincə, Naxçıvanın statusu fərqli metodla dəyişdirilir:

“Bütün yerli məmurları həbs edəndən, yerli qurumlar mərkəzi aparata birləşdiriləndən sonra statusun mənası da qalmayacaq”.

Teqlər: