Naxçıvanın sabiq DİN rəhbərinin şikayəti ilə bağlı qərar…

Naxçıvanın sabiq DİN rəhbərinin şikayəti ilə bağlı qərar…

Ali Məhkəmə Naxçıvanın sabiq daxili işlər naziri general-leytenant Əhməd Əhmədovun verdiyi kassasiya şikayətinin müddətinin bərpası ilə bağlı qərarı elan edib.

AzerTimes xəbər verir ki, bu barədə Report-a onun vəkili Dilsuz Məmmədov məlumat verib.

O bildirib ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda prosessual müddətin uzadılması ilə bağlı ərizə əsassız hesab olunub.

Qeyd edək ki, Ə.Əhmədov 2017-ci ilədək Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb. O, Naxçıvan Muxtar Respublika Hərbi Məhkəməsinin hökmü ilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Teqlər: