Naxçıvanın muxtar statusu ləğv edilir – Ekspert

Naxçıvanın muxtar statusu ləğv edilir – Ekspert

Belə başa düşürəm ki, Naxçıxanın Muxtar Respublika statusunun ləğvinə hazırlıq sürətlənir – doğru yanaşmadır, unitar ölkə olan Azərbaycanda heç bir ərazinin özəl statusuna ehtiyac yoxdur.

AzerTimes xəbər verir ki, bu sözləri ReAL İH üzvü Natiq Cəfərli Naxçıvan DTX-nin ləğvini şərh edərkən deyib.

O bildirib ki, bu addımın hüquqi bazası, Konstitusiya islahatları “ayağı” mütləq olmalıdır:

“Yeni Konstitusiyada bir çox məsələlərlə yanaşı ölkənin inzibati-ərazi bölgüsü də dəyişdirilməli, yaradılmış 14 iqtisadi rayon (Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan da daxil olmaqla) inzibati-ərazi vahidinə çevrilməli, yerli özünüidarəetmə gücləndirilməli, böyük şəhər bələdiyyələri və seçkili mer institutu təsis edilməlidir. Bu həm də Xankəndidə yaşayan erməni əsilli azərbaycanlıların (bir daha – azərbaycanlı etnik mənsubiyyət deyil, vətəndaşlıq tanımı, üst kimlikdir) ölkəyə siyasi-iqtisadi-inzibati-sosial inteqrasiyasını da sürətləndirəcək amil olmaqla yanaşı, ölkənin tamamında da sistem islahatlarına, idarəetmənin təkmilləşdirilməsinə səbəb olacaq”.

“Qarabağ münaqişəsi bitib”, tezisinin, yəni doğru olan yanaşmanın təməli yaradılmalı, altı doldurulmalıdır”, – ekspert əlavə edib.

Teqlər: