Xəbər verildiyi kimi, martın 31-i saat 12 radələrində Naxçıvan
Muxtar Respublikasının Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta
məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir
hissəsinin uçması nəticəsində Dövlət Şəhərsalma və Arxitektura
komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər şəxs
hadisə yerində ölmüş, bir nəfər isə müxtəlif dərəcəli bədən
xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AzerTimes-a bildirilib ki,
axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar içərisində daha
bir nəfərin cəsədi aşkar edilərək çıxarılıb.
Həlak olan şəxslər:
– 2000-ci il təvəllüdlü Qadir Süleymanov,
– 1972-ci il təvəllüdlü Həsən Əliyev,
– 1961-ci il təvəllüdlü İbrahim Məhərrəmov,
– 1988-ci il təvəllüdlü Asəf Rüstəmov.
Xəsarət alan şəxs:
– 1996-cı il təvəllüdlü Alı Əliyev.
Hazırda Babək rayon prokurorluğunda araşdırma davam
etdirilir.
İctimaiyyətə əlavə məlumat veriləcək.