“AzerGold” QSC ilə Türkiyə şirkətləri arasında texnoloji sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC), Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye
İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Türkiyənin Metal
Sənayeçiləri Birliyini (MESS) təmsil edən MEXT Texnoloji Mərkəzi və
“KoçDigital” şirkəti arasında geniş tərkibli onlayn görüş
keçirilib.

Görüşdə “AzerGold QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov,
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin
icraçı direktoru Tamerlan Tağıyev, MEXT Texnologiya Mərkəzinin
icraçı direktoru Efer Erdem, “KoçDigital” şirkətinin icraçı
direktoru Önder Kaplancık və digər rəsmilər iştirak ediblər.

“AzerGold” QSC-nin istehsal müəssisələrin səmərəlilik əmsalının
artması, əsas keyfiyyət göstəricilərinin dəyərləndirilməsi
istiqamətində təcrübə mübadiləsi məqsədilə keçirilən görüşdə
Cəmiyyətinin istehsal proseslərinin təkmilləşdirilməsi və
optimallaşdırılması, bu proseslərə dair innovativ həllərin və
müasir texnologiyaların tətbiq edilməsi, o cümlədən Cəmiyyətdə
biznes proseslərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması
üzrə potensial əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüşün
nəticəsi olaraq potensial əməkdaşlıq üzrə texniki detalların
müzakirəsi üçün “AzerGold” QSC və MEXT Texnologiya Mərkəzi və
“KoçDigital” şirkətinin aidiyyəti mütəxəssislərinin görüşünün
keçirilməsi planlaşdırılır. Əlavə olaraq əməkdaşlıq üzrə
müzakirələrin davam etdirilməsi məqsədi ilə qarşılıqlı olaraq
istehsalat sahələrinə işgüzar səfərlərin keçirilməsi
razılaşdırılıb.

Qeyd edək ki, fəaliyyət istiqamətləri üzrə innovativ həlləri
tətbiq edən və daim təkmiləşdirən “AzerGold” QSC dağ-mədən
sahəsində mütəmadi qaydada maddi-texniki bazasını müasir tələblərə
uyğun olaraq yeniləyir. Mədənçilik sənayesində rəqəmsal həllər və
innovasiya ekosistemlərinin inkişaf etdirilməsi ilə istehsal
prosesində səmərliliyin artırılması Cəmiyyətin əsas
prioritetlərindən biridir.

Teqlər: