Naxçıvanda TIR-da güclü təsiredici dərmanlar aşkarlandı

Naxçıvanda TIR-da güclü təsiredici dərmanlar aşkarlandı

Naxçıvanda gömrük postunda güclü təsiredici dərman preparatları aşkarlanıb.

Bu barədə AzerTimes-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Bildirilib ki, Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasının ərazisindən tranzit keçən nəqliyyat vasitəsinə gömrük baxışı zamanı yük nəqliyyat vasitəsinin kabinində gömrük nəzarətinə bəyan olunmayan, 10 həb “Tramadol 200”, 10 həb “Namadol-225mg”, ümumilikdə 20 həb güclü təsiredici dərman preparatı aşkarlanıb.

Qeyd olunub ki, “Tramadol” Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: