Dekabrın 31-də Naxçıvan şəhərində ticarət mərkəzlərinin birindən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə AzerTimes-a DİN Mətbuat Xidmətindən məlumat verilib.
Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 1990-cı il təvəllüdlü, şəhər sakini Günay Hüseynova müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar davam etdirilir.