Filippində daşqın qurbanlarının sayı 50 nəfərə çatdı

Filippində daşqın qurbanlarının sayı 50 nəfərə çatdı

Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 50 nəfər ölüb, 21 nəfər hələ də itkindir.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şurasının bazar ertəsi dərc olunmuş hesabatında qeyd olunub.

Bildirilib ki, daşqınlar ölkənin 10 regionunda 583,4 mindən çox insana ziyan vurub.

Teqlər: