Biz çox böyük qələbə qazandıq. Dövlətimiz 44 günlük müharibədən sonra növbəti qələbəni Naxçıvanda əldə etdi. Çünki ölkəmiz üçün Naxçıvanın yeri, strateji əhəmiyyəti əvəzedilməzdir.
Bu sözləri AzerTimes-a Vasif Talıbovun istefası ilə bağlı danışan əslən Naxçıvandan olan ekspert Heydər Oğuz deyib.
Ekspertin fikrincə Naxçıvanda təmizləmələr davam edəcək:
“Fikrimcə, Naxçıvanda müsbət mənada təmizlənmə davam edəcək və Vasif Talıbovun yanında olan, ondan qidalanan, verdiyi tapşırıq ilə xalqa zülm edən kəslər cəzalandırılacaq”.