Naxçıvanda Nərimanovun heykəli söküldü

Naxçıvanda Nərimanovun heykəli söküldü

Naxçıvanda Nəriman Nərimanovun Böyük bağın girişində qoyulmuş heykəlini söküblər.

AzerTimes xəbər verir ki, bu barədə Naxçıvandan olan jurnalist Heydər Oğuz məlumat yayıb.

O bildirib ki, ötən gün axşam heykəlin ətrafı nazik dəmir təbəqə ilə əhatəyə alınıb. Daha sonra heykəli kranla qoparıb, yük maşınına mindirərək bilinməyən istiqamətə aparıblar.

H.Oğuz heykəlin yerində ağac əkildiyini vurğulayıb.

Teqlər: