İran Azərbaycana onu yeni səfir göndərir – Foto

İran Azərbaycana onu yeni səfir göndərir – Foto

İran Azərbaycana yeni səfir təyin edəcək.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediasında məlumat yayılıb.

Bildirilib ki, İran Ermənistandan sonra Azərbaycanda da səfirini dəyişəcək. Belə ki, Ermənistana Suriyada səfir olan Mehdi Sübhani, Azərbaycana isə bundan öncə Qazaxıstan və Gürcüstanda səfir işləmiş Müctəba Dəmirçi təyin ediləcək.

M.Dəmirçi, həmçinin, İranın Bakıdakı səfirliyinin ikinci katibi vəzifəsində də çalışıb.

Qeyd edək ki, bu, rotasiya qaydasında deyil. Belə ki, hazırkı səfir Abbas Musəvi 2020-ci ilin sentyabrda Bakıda səfir kimi fəaliyyətə başlayıb və müddəti hələ bitməyib.

Teqlər: