Naxçıvanda ingilisdilli orta məktəb yaradılacaq

Naxçıvanda ingilisdilli orta məktəb yaradılacaq

Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli orta məktəb yaradılacaq.

AzerTimes xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda yer alıb.

Sənəddə qeyd olunub ki, orta təhsilin keyfiyyət göstəricilərinin artması məqsədi güdən məktəbin yaradılması ilə bağlı layihə hazırlanmalıdır.

2023-2027-ci illəri əhatə edəcək tədbirin əsas icraçı orqanı Naxçıvanın Nazirlər Kabineti, digər icraçı kimi Elm və Təhsil Nazirliyi müəyyənləşib.

Teqlər: