Naxçıvanda 166 minə yaxın uşaq yaşayır

Bu gün muxtar respublika əhalisinin 36 faizi və ya 165 min 740
nəfəri uşaqdır. Bunlardan 1909-u sağlamlıq imkanları məhdud, 65-i
hər iki valideyni vəfat etmiş və valideyn himayəsindən məhrum, 55-i
şəhid uşaqlarıdır.

Trend xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən
bildirilib.

Muxtar respublikada uşaqların təhsili, onların sağlamlıqlarının
qorunması, fiziki inkişaflarının təmin olunması ilə yanaşı, uşaq
hüquqlarının qorunması istiqamətində də ardıcıl tədbirlər
görülmüşdür. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar
Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət
nəzarəti Qaydası” təsdiq edilmiş, uşaq hüquqlarının müdafiəsi üçün
dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi
təkmilləşdirilmiş, Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və
Hüquqlarının Müdafiəsi üzrə ekspert qrupu yaradılmışdır. Ekspert
qrupu tərəfindən ötən il və bu ilin müvafiq dövrü ərzində 40 uşaq
müəssisəsində dövri monitorinq keçirilmişdir. Muxtarrespublikada
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqlar da xüsusi qayğı ilə əhatə olunur, himayə və qəyyumluğa
verilən müvafiq uşaqların evlərində mütəmadi olaraq monitorinqlər
təşkil edilir, yaşayış şəraitləri öyrənilir, zəruri ehtiyacları
üçün lazımi köməklik göstərilir. Ötən il və cari il ərzində
Naxçıvan MuxtarRespublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi tərəfindən valideyn himayəsindən məhrum olmuş 30
uşağın yaşadığı ünvanlarda monitorinqlər keçirilmişdir. Həmçinin
qeyd olunan dövr ərzində 2 uşaq övladlığa, valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum olmuş 24 uşaq isə qəyyumluq və ya
himayəyə verilmişdir ki, hazırda muxtar respublikada 65
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq
vardır. Bu kateqoriyadan olan uşaqlara göstərilən qayğının
nəticəsidir ki, 2020-2021-ci tədrisilində ümumtəhsil məktəblərini
bitirmiş 2 uşaq ali məktəbə, 2 uşaq isə orta ixtisas təhsili
müəssisəsinə qəbul olmuşdur. Naxçıvan Muxtar Respublikası Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uşaq hüquqlarının
həyata keçirilməsinə dair elektron məlumat bankı təşkil edilmiş,
indiyədək 38 minə yaxın uşaq haqqında fərdi məlumatlar banka daxil
edilmişdir. Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi,
cəmiyyətə fəal inteqrasiyası məqsədilə bu gün muxtar respublikada
müvafiq tədbirlər həyata keçirilir.Belə ki, “2021-2025-ci illərdə
Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud
uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” qəbul
edilmiş, hazırda bu proqramın icrası ilə bağlı işlər görülür.
Müvafiq uşaqlarla bağlı görülən tədbirlərin nəticəsidir ki,
2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin birinci
siniflərində 56, ümumtəhsil məktəblərində fəaliyyət göstərən
hazırlıq qruplarında 37 uşaq olmaqla, ümumilikdə, ümumtəhsil
məktəblərində müvafiq kateqoriyadan olan 992 uşaq təhsil alır ki,
bu da məktəbyaşlı sağlamlıq imkanı məhdud olan uşaqların 60,45
faizi deməkdir. Əlavə olaraq Distant Tədris Mərkəzində 15 uşaq
olmaqla onların 3-ü birinci sinifdə, Gözdən Əlil Uşaqlar üçün
Xüsusi İbtidai Məktəbdə 7, məktəbdənkənar müəssisələrin
dərnəklərində 169, məktəbdənkənar müəssisələrdə təşkil olunan
müxtəlif kurslarda isə 63, şahmat məktəblərində 60, idman
məktəblərində 166, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq
məktəblərində 80 sağlamlıq imkanlarıməhdud uşaq təhsil alır. Komitə
tərəfindən müvafiq uşaqların əqli və fiziki potensialları nəzərə
alınmaqla məktəbəqədər və ümumtəhsil müəssisələrinə cəlb edilməsi
məqsədilə bu dövr ərzində 177-yə yaxın sağlamlıq imkanları məhdud
uşaqların yaşadıqları evlərdə monitorinq keçirilmiş, valideynlərlə
geniş maarifləndirici söhbətlər aparılmış, qanunamüvafiq izahat
verilmiş, 80-ə yaxın uşaq potensialına uyğun olaraq ümumtəhsil
məktəblərinə və məktəbəqədər müəssisələrə cəlb edilmişdir. Bundan
əlavə, ötən il və cari il ərzində 150 uşaq müəssisəsində
monitorinqlər aparılmış və 900-dən artıq sağlamlıq imkanları məhdud
uşağın təhsil hüququ yoxlanılmışdır. Sağlamlıq imkanlarıməhdud
uşaqların bacarıq, imkan və maraqları nəzərə alınaraq 23 uşaq peşə
məktəblərinə cəlb edilmiş, ümumtəhsil məktəblərini bitirən
sağlamlıq imkanları məhdud uşaqlardan 2 nəfəri orta ixtisas təhsili
müəssisəsinə, 14 nəfəri isə ali təhsil müəssisələrinə qəbul
olmuşdur. Sağlamlıq imkanları məhdud uşaqların istedadlarının üzə
çıxarılması, asudə vaxtlarının səmərəli təşkili, eləcə də
cəmiyyətin ictimaimədəni həyatındakı iştirakını təmin etmək
məqsədilə onlar arasında intellektual oyunlar, idman yarışları,
rəsm və şeir müsabiqələri keçirilmiş, sağlamlıq imkanları məhdud
uşaqların əl işlərindən ibarət sərgi-satış təşkil olunmuşdur.
Mütəmadi olaraq məktəblərdə və ictimaiyyət arasında uşaq
hüquqlarının qorunması ilə əlaqədar maarifləndirmə tədbirlərinə
daha da üstünlük verilmiş, görüş və seminarlar keçirilmişdir.
Keçirilən tədbirlər zamanı, həmçinin uşaqlara milli-mənəvi
dəyərlərimiz, vətənpərvərlik, məktəbdaxili nizamintizam qaydaları
vəAzərbaycan xalqına xas olan adət-ənənələr, milli mentalitetimiz
aşılanmış və müxtəlif mövzularda görüşlər təşkil edilmişdir. Muxtar
respublikada uşaqlara göstərilən diqqət və qayğının nəticəsidir ki,
dövlət uşaq müəssisələrində valideynləri tərəfindən tərk edilmiş,
erkən nikaha və uşaq əməyinə cəlb olunmuş, təhsildən yayınan, hüquq
pozan, cinayət məsuliyyətinə cəlb olunmuş uşaq yoxdur. Sabahımız
olan uşaqların hüquqlarının həyata keçirilməsinə nəzarət edən
dövlət orqanları bundan sonra da fəaliyyət istiqamətlərinə uyğun
olaraq uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının və
mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün
əlverişli mühitin yaradılması ilə əlaqədar fəaliyyətlərini
gücləndirəcək, öz üzərlərinə düşən vəzifələrin icrasını daim
diqqətdə saxlayacaqdır

Teqlər: