Naxçıvana yolda rus qüvvələri ola bilməz – Xaçatryan

Naxçıvana yolda rus qüvvələri ola bilməz – Xaçatryan

Ermənistan 9/10 noyabr səhvini təkrar etməyəcək. Məqsədimiz odur ki, sülh sazişi imzalanandan sonra konkret təminatçılarımız olsun ki, hər hansı pozuntu baş verərsə, biz hansı beynəlxalq mexanizmlərdən istifadə edə biləcəyimizi bilək.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan parlamentinin milli müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini, deputat Armen Xaçatryan deyib.

“Noyabrın 10-dan sonra Rusiyanın bütün zəmanətləri itdi. Ermənistan bu səhvi ikinci dəfə təkrar etməyəcək. Rusiyanın “əgər Naxçıvanla Azərbaycan arasında yol açılsa, ona nəzarət Rusiya tərəfindən həyata keçirilməlidir” kimi son bəyanatlarına gəlincə, demək istəyirəm ki, bu, heç bir halda ola bilməz, heç bir ölkənin qüvvələri Ermənistanın yollarında ola bilməz. Ölkəmizin xüsusi təyinatlı qüvvələri yollarda təhlükəsizliyi təmin edəcək”, – o bildirib.

Teqlər: