Azərbaycan mobil rabitə peşəkarlarının hazırlanması,
telekommunikasiya sahəsi üzrə təhsil alan tələbələrin hazırlıqlı
kadr kimi yetişməsi məqsədilə mobil operator “Nar” Naxçıvan
şəhərində növbəti dəfə “Mobil rabitənin əsasları” təlimini
keçirdi.
Bu dəfəki təlim mobil standartların arxitekturası, şəbəkə
avadanlıqlarının iş prinsipi kimi geniş mövzuları əhatə edirdi.
Naxçıvan şəhərində ikinci dəfə keçirilən “Mobil rabitənin əsasları”
təlimi Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar nazirliyinin
təşkilatçılığı ilə Naxçıvan Dövlət universitetində keçirilib.
Təlimdə universitetin müəllim və tələbələri ilə yanaşı, sözügedən
nazirliyin əməkdaşları da iştirak ediblər.
Telekommunikasiya və informasiya təhlükəsizliyinin artan
strateji əhəmiyyətini nəzərə alaraq, bu sahədə yerli kadrların
hazırlanması üçün “Nar” bu təlimləri davamlı olaraq həyata keçirir.
Təlimin məzmunu mobil operatorun peşəkar texniki heyəti tərəfində
təcrübi biliklər əsasında tərtib edilir və universitetlərin nəzəri
biliklərinə əlavə kimi tədris olunur. Təlimdə iştirak edən
tələbələr “Nar” tərəfindən sertifikatla təltif edir.
Qeyd edək ki, bu günədək 300-dən çox tələbənin qatıldığı “Mobil
rabitənin əsasları” təlimləri “Nar”ın təhsilə dəstək korporativ
məsuliyyət strategiyası çərçivəsində təşkil edilir. Mobil
operatorun digər sosial layihələri və KSM strategiyası haqqında
daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə
fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda
telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə
verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə
lider mobil operatordur.