NATO xarici işlər nazirlərinin iclasında Ukraynadakı vəziyyət müzakirə olunub (FOTO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Brüsseldə NATO xarici işlər nazirlərinin növbədənkənar iclasında
Ukraynadakı vəziyyət müzakirə olunub.

Trend-in
məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud
Çavuşoğlu öz “Twitter” səhifəsində yazıb.

“Brüsseldə NATO xarici işlər nazirlərinin növbədənkənar
iclasında iştirak etdik. Ukraynadakı hadisələr barədə fikir
mübadiləsi apardıq. Müttəfiq olaraq Ukraynanın siyasi birliyini,
suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”, – M.Çavuşoğlu
yazıb.