NATO və Rusiya arasında münaqişənin qarşısını almalıyıq – Siyarto

NATO və Rusiya arasında münaqişənin qarşısını almalıyıq – Siyarto

İndiki mərhələdə ən vacib məsələ Rusiya ilə NATO arasında gərginliyin açıq hərbi qarşıdurmaya çevrilməsinin qarşısını almaqdır. Çünki bu, bizi heç bir tərəfin istəmədiyi nəticələrə gətirib çıxara bilər.

AzerTimes xəbər verir ki, bu sözləri Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.

“Biz planetin varlığını təhlükəyə atmaq istəmirik. Çünki NATO və Rusiya arasında birbaşa münaqişənin sonu yoxdur. Bunun nə demək olduğunu hamı başa düşür. Ona görə də, hər dəfə NATO həmkarları ilə görüşəndə bizim bir nömrəli vəzifəmiz iki tərəf arasında münaqişənin qarşısını almaq barədə müzakirələr aparmaqdır”, – Siyarto bildirib.

Teqlər: