NATO Ukrayna üzərində qeyri-uçuş zonasını tətbiq etməyə hazırlaşmır – Stoltenberq

Xəbər - Ləman Zeynalova – Trend:

NATO Ukrayna üzərində qeyri-uçuş zonasını tətbiq etməyə
hazırlaşmır.

Trend-in
məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq mətbuat
konfransında deyib.

“NATO ölkələri Ukraynaya dəstəyi davam etdirir. Üzv ölkələr
razılaşıb ki, NATO təyyarələri Ukrayna hava məkanında, qoşunları
isə Ukrayna ərazisində olmamalıdır. İndi Ukraynada baş verənlər
dəhşətlidir. Biz Avropada İkinci dünya müharibəsindən bəri
görmədiyimiz miqyasda dağıntılar və insanların əzab-əziyyətini
görürük. Biz NATO müttəfiqləri olaraq bu müharibənin Ukrayna
hüdudlarından kənarda qarşısının alınması üçün məsuliyyət
daşıyırıq. Əlbəttə, bunun üçün yeganə vasitə qeyri-uçuş zonasının
tətbiq olunması, NATO qırıcılarının Ukrayna hava məkanına
göndərilməsi və uçuşa qadağan olunan zonada Rusiya təyyarələrinin
vurulmasıdır. Əgər biz bunu etsək, o zaman Avropada digər ölkələrin
də iştirakı ilə tammiqyaslı müharibə əldə edəcəyik və bu.ş daha çox
insan itkilərinə gətirib çıxaracaq”, – deyə Y.Stoltenberq
bildirib.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)