Rusiya Ukraynadakı müharibəyə quru qoşunlarının 80%-ni cəlb edib.
AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
“Hazırda Rusiyanın quru qoşunlarının 80%-dən çoxu Ukraynadakı müharibədə iştirak edir. Təbii ki, orada baş verənlər Rusiyanın hər hansı NATO üzvü üçün təhlükə yarada bilməsi baxımından əhəmiyyətlidir. Beləliklə, mənim ilk mesajım ondan ibarətdir ki, biz görünməmiş dəstəyi alqışlayırıq, daha çox dəstəyə çağırırıq və onları Ukraynanı dərhal ehtiyac duyduğu şeylərlə təmin etmək üçün ehtiyatları daha dərindən kəşf etməyə çağırırıq”, – Stoltenberq vurğulayıb.