NATO sammitini bu sistemlər qoruyacaq

NATO sammitini bu sistemlər qoruyacaq

İspaniya 11-12 iyul tarixlərində NATO-nun Vilnüsdə keçiriləcək sammitini qorumaq üçün Latviyadakı Lielvarda hərbi bazasından NASAMS zenit-raket komplekslərini göndərəcək.

AzerTimes xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

NATO sammitinin təhlükəsizliyini qorumaq üçün NASAMS batareyaları ilə birlikdə Vilnüsə 85 ispan hərbçisi də yollanacaq.

Qeyd edək ki, İspaniya NASAMS zenit raket sistemlərini Latviyaya ötən ilin iyununda göndərmişdi.

Teqlər: