NATO Quru Qoşunları Komandanlığının nümayəndə heyəti Hərbi Akademiyada olub (FOTO)

Ölkəmizdə səfərdə olan NATO-nun İzmirdə yerləşən Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Metin Tokelin başçılıq etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüş zamanı qonaqlara Hərbi Akademiyanın fəaliyyəti barədə geniş brifinq təqdim edilib, NATO ilə hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Teqlər: