NATO və AB hava hücumundan müdafiə sistemlərini Ukraynaya daşımaları üçün Yunanıstan və İspaniyaya güclü təzyiq edir.
AzerTimes xəbər verir ki, bu barədə “Faynenşl Tayms” məlumat yayıb.
“AB liderləri keçən həftə iki ölkənin baş nazirlərinə deyiblər ki, onların ehtiyacları Ukraynanın ehtiyacları qədər böyük deyil. Ümumilikdə Yunanıstan, eləcə də İspaniyada 10-dan çox “Patriot” sistemi və digər sistemlər, o cümlədən S-300 var”, – məlumatda deyilib.