Ermənistan QDİƏT-in Bakıda keçirilən tədbirində iştirak etmir

Ermənistan QDİƏT-in Bakıda keçirilən tədbirində iştirak etmir

Bu gün Bakıda işinə başlayan Dövlət Turizm Agentliyinin (DTA) və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) təşkilatçılığı “QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü”ndə Ermənistan tərəfi iştirak etmir.

AzerTimes Report-a istinadla xəbər verir ki, Ermənistan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 11 üzvündən biridir.

İki gün davam edəcək tədbirdə QDTİB-yə üzv dövlətlərin – Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukraynanın nümayəndələri iştirak edirlər.

QDTİB – Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 11 dövlətini birləşdirən beynəlxalq təşkilatdır. Bankda Türkiyə, Rusiya və Yunanıstan hər birisi 16,5 %-lik paya, Rumıniya – 14 %, Ukrayna və Bolqarıstan – hər biri 13,5 %, Azərbaycan – 5 %, Albaniya – 2 %, Ermənistan – 1 %, Gürcüstan və Moldova – hər biri 0,5 %-lik paya malikdirlər. Bank Qara dəniz regionu ölkələri arasında iqtisadi əməkdaşlığı, ticarəti inkişaf etdirməyi hədəfləyir.

Teqlər: