NATO öz döyüş hazırlığını göstərmək istəyir – KİV

NATO öz döyüş hazırlığını göstərmək istəyir – KİV

NATO Madrid sammitində soyuq müharibənin bitməsindən bəri ən böyük hərbi yerləşdirmələr barədə qərar verməyə hazırdır.

AzerTimes xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti yazıb.

Qəzetin yazdığına görə, Alyans ölkələri Şərqi Avropada minlərlə əsgəri və çoxlu silahı olan qala yaratmaq üçün gərgin silahlanma yarışına başlaya bilər.

“NATO öz döyüş hazırlığını göstərmək və istənilən dövlətə qarşı təcavüzə cavab vermək istəyir. Bəzi ölkələr alyansın şərqində döyüş qruplarından ibarət hazırkı formadan briqadalara keçmək istəyirlər. Bu, əsgərlərin sayını ən azı iki dəfə artıracaq və hazırda 1000-dən 1600-ə çatdıracaq. Bəzi müttəfiqlər hətta diviziyalar yerləşdirməyə hazırdırlar ki, bu da 15 minə qədər hərbçinin olmasını nəzərdə tutur”, – nəşr bildirib.

Teqlər: