NATO ölkəsi “Bayraqdar TB2” ala bilər

NATO ölkəsi “Bayraqdar TB2” ala bilər

NATO-ya üzv ölkələrdən sayılan İtaliya Türkiyənin “Bayraqdar TB2” PUA-sını ala bilər.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, İtaliya Silahlı Qüvvələrinin paylaşdığı döyüş meydanı simulyasiyasında “Bayraqdar TB2” də yer alıb.

Sözügedən paylaşım xarici mediada diqqət cəlb edib.

Bildirilir ki, əgər İtaliyanın bu alqı-satqısı baş tutarsa, “Bayraqdar TB2” alan ən böyük NATO ölkəsi olacaq. Çünki İtaliya Avropa Birliyi və NATO-da dünyanın 10 ən böyük ordusu arasında yer alır.

Teqlər: