NATO-nun Baş katibi Yens Stoltenberqin mandatı daha bir il uzadılıb

NATO-nun Baş katibi Yens Stoltenberqin mandatı daha bir il
uzadılıb.

Trend NATO-nun saytına istidanla xəbər verir ki, bununla bağlı
qərar Alyansın bu gün keçirilən Zirvə Görüşündə verilib.

Bildirilir ki, NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları
Yens Stoltenberqə liderliyinə görə minnətdarlıq ediblər.

Y.Stoltenberqin 2022-ci ilin 30 sentyabr tarixində bitməli olan
Baş katibliyi yeni qərarla 2023-cü ilin 30 sentyabr tarixində
bitəcək.