NATO-nun Baş katibi Yens Stoltenberqin mandatı daha bir il
uzadılıb.
Trend NATO-nun saytına istidanla xəbər verir ki, bununla bağlı
qərar Alyansın bu gün keçirilən Zirvə Görüşündə verilib.
Bildirilir ki, NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları
Yens Stoltenberqə liderliyinə görə minnətdarlıq ediblər.
Y.Stoltenberqin 2022-ci ilin 30 sentyabr tarixində bitməli olan
Baş katibliyi yeni qərarla 2023-cü ilin 30 sentyabr tarixində
bitəcək.