ABŞ ordusunun generalı Kristofer Kavoli NATO-nun Avropadakı
qüvvələrinin yeni baş komandanı təyin edilib.
Trend xəbər
verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
Hazırda bu postu ABŞ HHQ generalı Tod Uolters tutur.
“Şimali Atlantika Alyansı ABŞ ordusunun generalı Kristofer
Kavolinin Avropadakı Müttəfiq Qüvvələrin Ali Baş Komandanı
vəzifəsinə namizədliyini təsdiqləyib. General Kavoli hazırda ABŞ
ordusunun Avropa və Afrikadakı komandanıdır”, – NATO-nun
bəyanatında deyilir.
Qeyd olunur ki, К. Kavoli yeni vəzifəsinin icrasına yayda
başlayacaq.