NATO Kiyev üçün 10 milyardlıq silah sifariş etdi

NATO Kiyev üçün 10 milyardlıq silah sifariş etdi

NATO ölkələri Kiyevə yeni hərbi təchizatların verilməsi üçün artıq 10 milyard dollarlıq müqavilə imzalayıb.

AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

“Bu gün günorta NATO-Ukrayna Şurasının iclasına sədrlik edəcəyəm, burada Ukraynaya yardımımızı necə dəstəkləyəcəyimizi müzakirə edəcəyik. Hasilatı artırmalıyıq. NATO ölkələri son aylarda 10 milyard dollar dəyərində müqavilələr imzalaya bilib. NATO ölkələrinin daha çox yardım, daha çox hava hücumundan müdafiə, daha çox sursat göndərməsini alqışlayıram. AB-nin 50 milyard avro (dörd il ərzində) yardım ayırması qərarını alqışlayıram və ABŞ Konqresinin Ukraynaya dəstək paketini təsdiqləyəcəyini gözləyirəm”, – o bildirib.

Teqlər: