NATO İrandakı PUA zavodunu vurmalıdır – Ekspert

NATO İrandakı PUA zavodunu vurmalıdır – Ekspert

NATO İrandakı kamikadze pilotsuz təyyarələr istehsal edən zavoda qabaqlayıcı zərbə endirə bilər. Çünki Rusiya onlardan dinc əhaliyə qarşı terror vasitəsi kimi istifadə edir.

AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert İvan Yakubets deyib.

“İran onları başqa ölkələrlə birlikdə istehsal edir. İstehsalın Suriya və Tacikistanda aparılması barədə bizdə məlumatlar var. “Şahid-136” PUA-ları hərbi vasitə kimi deyil, dinc əhaliyə qarşı terror vasitəsi kimi istifadə olunur. Bunlara qarşı qabaqlayıcı tədbirlər görmək lazımdır (zavodun vurulmasını nəzərdə tutur – red.). Bu mexanizm Suriyada istifadə olunub. Beləliklə, biz bu kamikadze dronlardan gələn zərəri azalda bilərik”, – ekspert bildirib.

Teqlər: