NATO: Hər an nüvə qəzası baş verə bilər!

NATO: Hər an nüvə qəzası baş verə bilər!

Hazırda Zaporojye AES-dəki vəziyyət Ukrayna və qonşu dövlətlərin xalqlarını, eləcə də beynəlxalq ictimaiyyəti təhlükə altına atır. Orada hər an nüvə qəzaları və insidentləri baş verə bilər.

AzerTimes xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.

Stoltenberq bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin orada dərhal araşdırma aparmasına icazə verilməsi və Rusiya qoşunları oradan çıxarılmalıdır.

Qeyd edək ki, martın 4-də ruslar tərəfindən ələ keçirilən Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır.

Teqlər: