NATO dünya çempionatının təhlükəsizliyini qoruyacaq

NATO dünya çempionatının təhlükəsizliyini qoruyacaq

NATO 2022-ci il futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək Qətərə təhlükəsizlik dəstəyi verəcək.

AzerTimes xəbər verir ki, bu barədə NATO məlumat yayıb.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə kimyəvi, bioloji, radioloji və nüvə maddələrinin yaratdığı təhlükələrə qarşı bir sıra təlimlər keçiriləcək. Təlimlər Slovakiya və NATO-nun Çexiyadakı birgə Müdafiə Mükəmməlliyət Mərkəzi tərəfindən keçiriləcək.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə baş tutacaq.

Teqlər: