Türkiyəyə Kosovadakı NATO kontingenti üçün əlavə hərbçi göndərməsi qərarına görə minnətdaram.
AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
Stoltenberq bildirib ki, alyans İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı rəsmi Ankaranın narahat olduğu məqamların fərqindədir:
“İsveç bu narahatlıqları aradan qaldırmaq üçün mühüm addımlar atdı. Biz Ərdoğanla Türkiyə, İsveç və NATO arasında 12 iyunda yenidən görüşün təşkili barədə razılığa gəldik”.