NATO-dan pessimist proqnoz: Ukraynada savaş bitməyəcək

NATO-dan pessimist proqnoz: Ukraynada savaş bitməyəcək

Ukrayna ilə Rusiya arasında münaqişə uzun müddət davam edəcək və hətta 2025-ci ildə də bitməyəcək.

AzerTimes xəbər verir ki, bunu NATO Baş katibinin müavini Mirça Coana bildirib.

“Mənim çağırışım uzunmüddətli müharibəyə hazırlaşmaqdır. Müharibə 2024-cü ildə, bəlkə 2025-ci ildə də dayanmayacaq. Biz ordunun bu və ya digər şəkildə həlledici qələbəyə nail olmaq qabiliyyətini görmürük. Uzunmüddətli müharibə gözləyirik: kiçik hücumlarla, əks-hücumlarla, ərazilərin zəbt edilməsi və itirilməsi ilə davam edən müharibə…” – M.Coana qeyd edib.

Onun sözlərinə görə, NATO ukraynalılara dəstəyini davam etdirəcək.

O, Rusiya hərbçilərinin Rumıniya sərhədinə mümkün yaxınlaşmasının qarşısının alınmasının vacib olduğunu da vurğulayıb.

Teqlər: