NATO-dan Kosova açıqlaması: Müdaxiləyə hazırıq!

NATO-dan Kosova açıqlaması: Müdaxiləyə hazırıq!

NATO-nun Kosovo Qüvvələri (KFOR) Kosovo Polisinin əməliyyat bölgəsindədir və lazım gələrsə müdaxilə etməyə hazırdır.

AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nəşr qeyd edir ki, Şimali Atlantika Alyansının rəhbərlik etdiyi KFOR missiyası Kosovo polisinə hücumu pisləyir.

Qeyd edək ki, bundan əvvəl Kosovo Baş naziri Albin Kurti sentyabrın 24-nə keçən gecə saat 3:00 radələrində regionun şimalındakı Leposaviç bələdiyyəsinin Banska kəndi yaxınlığında, naməlum şəxslərin Kosovo polis əməkdaşlarına atəş açdığını bildirmişdi. Kosovo prezidenti Vyosa Osmani hücumda “serb cinayətkar dəstələrini” günahlandırıb.

Teqlər: