NATO-da Ukraynaya verilməyəcək silah yoxdur

NATO-da Ukraynaya verilməyəcək silah yoxdur

NATO Ukraynanı müxtəlif növ silahlarla təmin etmək ideyasını dəstəkləyir. Alyansda Ukraynaya verilməyəcək silah yoxdur.

AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

“Biz çox sayda müasir silahların, müasir Qərb texnikasının müxtəlif növlərinin tədarükü ideyasını dəstəkləyirik. NATO-nun vəzifəsi Ukraynaya sovet dövrünün köhnə silahlarından NATO standartlarına uyğun müasir silahlara keçməyə kömək etməkdir. Ukraynanın NATO standartlarına uyğun geniş çeşiddə müasir ağır silahlara ehtiyacı var və bu, sammitdə də müzakirə olunub”, – o bildirib.

Teqlər: