NATO Baltik dənizinə 40 gəmi göndərir

NATO Baltik dənizinə 40 gəmi göndərir

NATO Baltik dənizi regionunda ənənəvi “Baltops” hərbi təlimlərinə başlayır.

AzerTimes xəbər verir ki, iyunun 5-dən 17-dək davam edəcək təlimlər Stokholmda başlayacaq.

Daha sonra isə Baltik dənizində və regionun hava məkanında davam etdiriləcək.

Hərbi manevrlərdə NATO-nun 14 üzv ölkəsi – ABŞ, Belçika, Bolqarıstan, Danimarka, Estoniya, Fransa, Almaniya, Latviya, Litva, Böyük Britaniya, Niderland, Norveç, Polşa və Türkiyə, habelə Alyansın tərəfdaşları olan İsveç və Finlandiya da iştirak edəcək.

Bildirilir ki, təlimlərə 4 mindən çox hərbçi, həmçinin dəniz desantı, 60-dan çox təyyarə və 40 gəmi cəlb ediləcək.

Qeyd edək ki, təlimlərə Almaniyada yekun vurulacaq.

Teqlər: