Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı

Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı

Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı “Mersedes” markalı nəqliyyat vasitəsinin sürücüsü Əmin Didari yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, həmin şəxsin marixuanadan istifadə etdiyi sübuta yetirilib.

Ə.Didari barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.

Teqlər: