Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
tədbirlərlə rayonun Sincanboyad kəndi ərazisində narkotik tərkibli
bitkilərin kultivasiyası və satışı ilə məşğul olmaqda şübhəli
bilinən Elvin Nurullayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan AzerTimes-a
verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş
əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin üzərinə və
yaşadığı evə baxış keçirilən zaman onun qanunsuz olaraq aqrotexniki
qaydada əkib yetişdirdiyi xeyli sayda çətənə (kannabis) bitkisi,
marixuana və külli miqdarda narkotik vasitə olan heroin aşkar
olunaraq götürülüb.
Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin
qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.