Bakıda kirayə mənzillərin qiymətində bahalaşma qeydə alınıb

Ötən ay Bakıda kirayə mənzillərin qiymətində bahalaşma qeydə
alınıb.

“MBA Consulting Group” şirkətindən AzerTimes-a verilən məlumata
görə, aprel ayında kirayə mənzillərin qiyməti 10,35 faiz
bahalaşıb.

Qeyd olunan müddət ərzində bir otaqlı evin orta kirayə qiyməti
368 manat, iki otaqlı evin orta qiyməti 602 manat, 3 otaqlı evin
orta kirayə qiyməti 892 manat, çoxotaqlı evin orta kirayə qiyməti
isə 1449 manat təşkil edib.

Teqlər: